
Rusiya prezidenti Vladimir Putinin müvafiq sərəncamı ilə sahibkarlığın inkişafında xidmətlərinə, ictimai həyatda fəal iştirakına və uzun illər ərzində vicdanlı işinə görə bir sıra şəxslərə təşəkkür elan edilib.
Onların arasında “LUKoil” şirkətinin rəhbəri, Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun da adı yer alıb.
Rusiya prezidentinin müvafiq sərəncamı ölkənin rəsmi hüquq informasiya internet portalında yerləşdirilib.