
Rusiyanın Tu-22M3 bombardmançı təyyarələri Suriya Respublikasında terrorçuların mövqelərinə aviazərbələr endirib. FaktXeber.com-un məlumatına görə, bu barədə RF Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, Rusiya ərazisindəki aviabazadan havaya qalxan 6 döyüş təyyarəsi İran və İraqın üzərindən keçərək Suriyanın Əbu-Kamal şəhərində terrorçuların dayaq məntəqələrini və silah anbarını məhv ediblər.