
Kosmosdan gələn mümkün təhlükələrə qarşı müdafiə sistemi yaratmışıq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Kosmik-Hərbi Hava Qüvvələrinin komandanı Cey Raymond mətbuata açıqlamasında deyib.
“Bir çox vasitələr var. Mən nə edəcəklərimizlə bağlı ətraflı detallara varmaq istəmirəm. Kinetik silahlara qədər hər yöndə araşdırmalarımız davam edir”, - Raymond bildirib.
O, həmçinin əlavə edib ki, ölkəsi 2030-cu ilə qədər kosmik donanmaya sahib olacaq.