
Avropa Birliyi İrana münasibətdə yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirmir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib.
“Biz bu məsələni nə indi, nə keçmişdə, nə də gələcəkdə müzakirə etmək fikrindəyik. AB İrana qarşı heç bir sanksiya tətbiq etməyəcək”, – deyə o bildirib.