
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində keçirilən əməliyyat zamanı təhlükəsizlik orqanlarının 60 əməkdaşı tutulub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat Ankara başda olmaqla ölkənin 30 əyalətində eyni vaxtda keçirilir.
Təhlükəsizlik orqanlarının 108 əməkdaşının tutulması barədə qərar çıxarılıb və onların saxlanılması istiqamətində əməliyyatlar davam edir.