
İsrailin baş naziri Binyamin Netanyahu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə Zirvə toplantısının yekun Bəyannaməsində Şərqi Qüdsün Fələstinin paytaxtı elan olunmasına münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, Netanyahu bu qərarın təsirsiz olduğunu deyib.
“Bu qərar bizə təsir etmədi. Sonda həqiqət qalib gələcək və bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq, səfirliklərini bu şəhərə köçürəcək”, - baş nazir bildirib.
Netanyahu Qüdsün İsrailin paytaxtı olduğunu və bu şəhərdə bütün inanclı insanlara ibadət azadlığı verildiyini qeyd edib: “Fələstinlilər bu həqiqəti qəbul edərək, radikal mövqe əvəzinə sülh üçün çalışsa, daha yaxşı olar”.