
Rusiya istehsallı hərbi və hərbi-texniki avadanlıqların bir hissəsi bu gün Düşənbəyə çatdırılıb.
Trend-in məlumatına görə, hərbi texnikanın göndərilməsində məqsəd Tacikistan-Əfqanıstan sərhədlərinin mühafizəsidir.
RF Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin rəisi general-leytenant Aleksandr Kişmovski bildirib ki, bu silah və hərbi texnikalar Tacikistan Silahlı Qüvvələrinə terror təhdidini dəf etməyə, eləcə də sərhəddə etibarlı sipər yaratmağa imkan verəcək.
Tacikistana göndərilən hərbi texnikalar arasında T-72B1, ZTR-80, ZTR-70 tankları, Piyada döyüş maşını-2, Mi-24, Mi-8 vertolyotları, D-30 haubitsaları, zenit qurğuları, topoqrafik avadanlıqlar, zirehli texnikanın ehtiyat hissələri, rabitə vasitələri və digərlərinin adı çəkilir.
A.Kişmovski 2017-ci ildə Rusiyanın Tacikistana 122 milyon dollar dəyərində hərbi təyinatlı məhsul tədarük etdiyini vurğulayıb.