
Rusiyanın "Pantsir-S1" zenit-artilleriya kompleksi Humeymim bazasına edilən hücumun qarşısını alıb. FaktXəbər-in "Əl-Məsdər" telekanalına istinadən verdiyi məlumata görə, Suriyada terrorçular tərəfindən atılan iki raket Humeymim bazasında havdan müdafiə sistemi tərəfindən vurulub.
Terrorçular tərəfindən raketlər İdlib şəhərində yerləşən Bdama yaşayış məntəqəsindən atılıb. "Pantsir-S1" zenit-artilleriya kompleksi iki raketi vurduğu halda, digər raket bazaya çatmayaraq Cəblə şəhərində yerə düşüb.