
Suriyanın hökumət qoşunları Duma şəhərin üzərində nəzarəti tam ələ keçirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, şəhər daha öncə "Ceyş əl İslam" qruplaşmasının nəzarəti altında olub.
Düşmən tərəflərin barışması üzrə mərkəzin rəisi Yuriy Yevtuşenkonun sözlərinə görə, Duma şəhəri üzərində nəzarəti ələ keçirmək - bütövlükdə Şərqi Qutaya nəzarət etmək deməkdir.
Onun sözlərinə görə, Rusiyanın hərbi polis bölmələri azad olunan şəhərdə işə başlayacaq və Dumanın Suriyanın qanuni hökumətinin nəzarətinə keçəndə asayişin qorunması üzrə nəzarət edəcəklər