
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır, məqsəd sülhün vacibliyinin yenidən vədlərlə məhdudlaşdırılmasına yol verməməkdir.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski deyib.
"Ukraynaya qarşı müharibə davam edir, ona görə də Ukrayna Avropa ilə birgə danışıqlar masasında oturmalıdır. Ukrayna, Avropa və ABŞ Rusiya ilə danışıqlar masası arxasında olmalıdır", - o bildirib.