
Avropa İttifaqının (Aİ) 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyanın Vnukovo və Jukovski hava limanlarına qarşı məhdudiyyətlər tətbiq edilir.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məhdudiyyətlər siyahısına, həmçinin dörd regional hava limanı, Novorossiysk, Ust-Luqa, Həştərxan və Mahaçqala limanları daxildir.