
İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb.
Trend-in məlumatına görə, bunu İsrailin kənd təsərrüfatı naziri Uri Ariel "Tvitter"dəki səhifəsində yazıb.
Belə qərarın Türkiyə və İsrailin ötən gün səfirlərini ger çağırmasından sonra qəbul edildiyi bildirilir.
Mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.