
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqının gömrük birliyini tərk etmək niyyətində olduğunu təsdiq edib.
Britaniya Aİ ilə gömrük sazişlərinin müzakirəsini davam etdirəcək.
Bir müddət əvvəl Londonun Aİ-nin gömrük birliyində qala biləcəyi barədə fikirlər səsləndirilirdi.
Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi 2019-cu il martın 29-da baş tutacaq. London Aİ-nin gömrük birliyində 2020-ci il dekabrın 31-dək qalacaq.