
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş üçün hazırlıq aparılmır.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Y.Uşakov bildirib ki, hazırlıq işləri heç başlamayıb:
“Martın 20-də prezident Tramp Putini Vaşinqtonda və ya digər şəhərdə görüşə dəvət etmişdi. İşlər elə o vaxtdan irəliləməyib”.