
Ermənistanın Energetika Nazirliyi “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) ”Tashır Kapital” şirkətinə verilməsi barədə müqaviləni ləğv edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, şəbəkə 2017-ci il avqustun 24-də “Tashır”in idarəçiliyinə verilmişdi.
Bununla bağlı qərarı Ermənistanın o vaxtkı hökuməti qəbul edib.
Qeyd edək ki, “Tashır” şirkətlər qrupu Rusiya vətəndaşı olan erməni əsilli milyarder Samvel Karapetyana məxsusdur.