
Biz hakimiyyəti digər siyasi qüvvələrə təhvil verə bilmərik.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb: “Biz hakimiyyəti heç bir siyasi təcrübəsi olmayan və ölkə idarə edə bilməyən qüvvələrə verə bilmərik”.
R.T.Ərdoğan deyib ki, iyunun 24-ü baş tutacaq seçkilərdən sonra Türkiyə daha da güclü dövlətə çevriləcək.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri baş tutacaq.