
Türkiyənin İraqın şimalında 11 hərbi bazası var, bu da PKK terrorçuları ilə mübarizəni xeyli asanlaşdırır.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.
B.Yıldırım bildirib ki, İraqın şimalında və Suriyada aparılan əməliyyatlar çərçivəsində 250 kv.km ərazi terrorçulardan azad edilib:
"Türkiyənin məqsədi Suriyadan başlayaraq İrana qədər davam edən sərhədlərinin təhlükəsizliyini təmin etməkdir".