
Ermənistan qlobal sülhsevərlik indeksində əvvəlki mövqelərini itirib.
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Ermənistan 7 sıra geriləyərək qlobal sülhsevərlik indeksinə görə 163 ölkə arasında 120-ci yeri tutub.
Siyahıda sonuncu – 163-cü yerdə hazırda döyüş əməliyyatlarının getdiyi Suriya qərarlaşıb. Əfqanıstan bu sırada 162-ci, Cənubi Sudan isə 161-ci yerdədir.
Beynəlxalq ekspertlər dünyanın ən sülhsevər ölkəsi kimi İslandiyanı seçiblər. Siyahıda bu ölkədən sonrakı ilk yerləri Yeni Zelandiya və Avstriya tutur.