
ABŞ prezidenti Donald Tramp yenidən Kanadanın baş naziri Castin Trüdonu tənqid atəşinə tutub.
APA-nın məlumatına görə, bu barədə Tramp özünün “Twitter” hesabında yazıb.
“Kanada ABŞ-la ticarətdən 100 milyard dollaradək mənfəət götürür. Məsuliyyətə gələndə isə Castin özünü güya təhqir olunmuş hesab edir”, Tramp yazıb.
Qeyd edək ki, iyunun 9-da D.Tramp “G7” ölkələri sammitinin yekun kommunikesini imzalamaqdan imtina edib. O, bunu C.Trüdonun qeyri-səmimi bəyanatları ilə izah edib.