
ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 50 milyard dollar məbləğində rüsum tətbiq etmək qərarına gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, Amerika lideri qərardan əvvəl, xüsusilə Ağ ev əməkdaşları, ticarət və maliyyə nazirləri, ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi ofisinin əməkdaşları ilə müşavirə keçirib. Rüsumların dəqiq haçan qüvvəyə minəcəyi açıqlanmır.