
Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.
"Düşünürəm ki, danışsaq bir-birimizi anlayacağıq. Allah etsin, günlərin birində təkbətək görüşümüz baş tutsun", - deyə o əlavə edib.
Venesuela prezidenti həmçinin Vaşinqtonu ABŞ ərazisindəki bütün Latın Amerikası və Karib miqrantlarını qanuniləşdirməyə çağırıb.
Öz növbəsində o, 8,3 mindən çox əcnəbiyə Venesuela vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.