
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransız həmkarı Jan-İv Le Drianla görüşüb. Trend-in məlumatına görə, danışıqlar Parisdə Çavuşoğlunun Fransaya rəsmi səfəri çərçivəsində baş tutub.
Tərəflər Suriya daxil olmaqla regional məsələləri, indiki vəziyyət, həmçinin ikitərəfli əlaqələrin inkişafı perspektivləri və digər məsələləri müzakirə edib.