
Rusiya rəhbərliyi NATO-nun "Trident Juncture 2018" hərbi təliminə reaksiya verib. FaktXəbər bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yazılı bəyanatla çıxış edib.
Zaxarova NATO-nun oktyabrın sonunda Rusiya ilə sərhəddə keçirəcəyi hərbi təlimə sərt etiraz edib: "Norveçin ABŞ dəniz qüvvələrinə məxsus əsgərləri öz ərazisinə yerləşdirilməsini dost olmayan addım kimi səciyyələndiririk. NATO-nun bütün bu hazırlıqlarına göz yumula bilməz. Rusiya təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri görəcək".
Qeyd edək ki, NATO-nun "Trident Juncture 2018" hərbi təlimi Norveçdə 25 oktyabrda başlayacaq. Təlimə 31 ölkədən təxminən 45 min əsgər, 150 təyyarə, 60 gəmi ilə 10 mindən texnika cəlb olunacaq.