
“Vaşinqton Suriyadakı terrorçuları 19 min yük maşınının daşıdığı silah-sursatla təchizatlandırıb”
SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib.
Türkiyə prezidenti İstanbulda keçirilən forumda çıxışı zamanı Türkiyədəki qüvvələrin çıxma zamanına da toxunub. O vurğulayıb ki, Suriyada xalq seçkilər keçirməyənə qədər Türkiyə öz qüvvələrini buradan çıxarmayacaq.
Rusiya və İranla birgə İdlibdə terror birləşmələrinin zərərsizləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirən Türkiyə prezidenti ölkəsində olan 3 milyon qaçqınların da öz yurduna dönməsi üçün işlərin aparıldığını əlavə edib.