
ABŞ və İsrailin birgə nümayəndə heyəti məxfi şəkildə Ukraynanı ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı yayıb. Məlumata görə, nümayəndə heyəti Ukraynada bir sıra vacib silah növləri, o cümlədən S-300 zenit raket kompleksi ilə yaxından tanış olublar.
“Soha Nyus” portalı Ukrayna mütəxəssislərinin nümayəndə heyətini S-300-ün xarakteristikası ilə tanış etdiyini yazıb. Ukraynalılar həmçinin özlərinin tabeliyində olan S-300-lərin xarakteristikasının Moskvanın Suriyaya verdiklərindən fərqlənmədiyinə nümayəndə heyətini inandıra biliblər.