
Avropa ölkələrinin "Şimal axını-2" layihəsinə dəstək verməsi qəbuledilməzdir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçell deyib.
"Qərbi avropalılar ABŞ-ın onları müdafiə etdiyi Rusiyadan enerji asılılıqlarını dərinləşdirə bilməzlər. ABŞ-ın Mərkəzi Avropadakı müttəfiqləri üçün "Şimal axını-2" kimi layihələri dəstəkləmək məqbul deyil", - deyə o bildirib.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Avropa ölkələrini "Şimal axını-2" layihəsinə alternativ axtarmağa çağırıb.