
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin bu il Paris və Buenos-Ayresdə görüşə bilər.
Trend-in məlumatına görə, söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.