
İraqda yeni hökumət üzvlərinin parlamentdə təsdiqlənməsi üzrə səsvermə keçirilib.
Trend-in məlumatına görə, parlament 22 nazirdən 14-nü təsdiq edib.
İclasda partiyalar arasında müəyyən mübahisələr də yaranıb. Nəticədə 8 nazirin səsverməsi təxirə salınıb. Növbəti səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir.
Yeni kabineti formalaşdırmaq üçün təyin edilən Adil Əbdül Mehdi bildirib ki, baş nazirin müavini vəzifəsi ləğv edilib.