
Suriya ordusu ölkənin cənubundakı Səfa yaylası ərazisində – İŞİD terrorçularının son istinadgahında hərbi əməliyyatları başa çatdırıb.
"Report" SANA-ya istinadən xəbər verir ki, bu barədə ordunun Baş qərargahının bəyanatında qeyd olunur.
"Silsilə dəqiq əməliyyatlardan sonra rəşadətli qoşunlarımız Səfa yaylası regionu üzərində tam nəzarəti ələ keçirib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu, İŞİD-in ölkənin cənubundakı son istinadgahı idi.
Qərargahın məlumatına görə, səhranın 380 kvadratmetr ərazisi təmizlənib.
Bundan əvvəl Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub.