"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                 

“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Tarix: 27-02-2025, 00:06 | Çap et
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq”
Münhen Təhlükəsizlik Konfransı çoxları üçün “soyuq duş” oldu. Üç günlük çıxışlar, xüsusən də ABŞ-ın yeni Prezidenti Donald Trampın komandasından olan ABŞ nümayəndələrinin çıxışları Ukraynada sülhün bərqərar olması istiqamətində daha aydın addımlar ata biləcəyinə dair ümidləri doğrultmadı. Bununla yanaşı, məlum oldu ki, ABŞ və Avropa İttifaqı (Aİ) Avropanın təhlükəsizliyi məsələsinə o qədər fərqli baxırlar ki, Avropa artıq Amerikanın “təhlükəsizlik çətiri”nə arxalanmamalıdır. Münhen tədbirindən sonra Tramp adminstrasiyası tərəfindən verilən bəyanatlar, atılan addımlar da Vaşinqtonun siyasətində ciddi dəyişikliklər olduğunu deməyə əsas verir.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun şöbə müdiri Aleksey İjak UNİAN-a müsahibəsində Avropanın ABŞ-sız öz təhlükəsizliyini necə təmin edəcəyi, NATO-nun taleyi, Rusiya ilə münasibətlər məsələsi ətrafında sualları cavablandırıb. İjak həmçinin Avropa ordusunun yaradılması perspektivləri, Rusiyadan Aİ-yə təhlükənin səviyyəsi, NATO daxilində və Alyansdan kənar münasibətlər barədə danışıb. AYNA.AZ müsahibəni istinadla təqdim edir:

- Cənab Aleksey, Münhen Təhlükəsizlik Konfransında Vaşinqton nümayəndələrinin verdiyi sərt bəyanatlar avropalıları sarsıtdı. Trampın siyasi kursu və ABŞ-ın yeni prioritetləri əvvəllər Avropaya bəlli deyildimi?

- Avropalılar çox uzun müddətdir ki, “yatıblar”. Amma indi vəziyyətin onlara qarşı olduğunu anlayırlar. Axı onlar zaman-zaman ayılıb öz təhlükəsizlikləri ilə məşğul olmağa çalışanda – 2000-ci illərdə İraq hadisələrində olduğu kimi – ABŞ Avropanı çox sərt şəkildə “öz yerinə” oturtdu. Deyirdilər ki, heç nə etməyə ehtiyac yoxdur, ABŞ təhlükəsizliyin qayğısına qalacaq, siz sadəcə maliyyə ödəyin. İndi isə məlum oldu ki, bu təhlükəsizliyi müstəqil şəkildə təmin etmək lazımdır. Amerikalı tərəfdaşlar tərəfindən atılan addımlar, siyasətdə dönüş həqiqətən də, avropalılar üçün bir qədər sürpriz oldu.

- Ukrayna Prezidenti Rusiyanın bu il Avropanın bəzi regionlarına müdaxiləsi ehtimalı barədə xəbərdarlıq edib. Bu risklər nə dərəcədə realdır və avropalılar özlərini necə qoruyacaqlar?

- Mənə elə gəlir ki, məsələyə indi Avropanın yeni Avropa NATO-su yaratması üçün nə qədər vaxt lazım olduğu kontekstində baxmalıyıq. Hər şeyi necə təşkil etmək olar ki, tez işləsin və resurslar lazım olan yerdə cəmləşsin. Ümumilikdə avropalılar müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmalı olacaqlar. Artıq bir neçə ölkə xərcləri ÜDM-in 4-5%-nə çatdırıb. Lakin Avropa təhlükəsizlik sisteminin qurulması vaxt tələb edir. Hələlik belə görünür ki, Aİ hətta bürokratik sənədlər olmadan qoşunların sürətlə köçürülməsinə yönəlmiş “hərbi Şengen” adlandırılan layihəni tam şəkildə işə salmaqda çətinlik çəkir. Onların bu istiqamətdə heç bir iş görmədiklərini söyləmək olmaz. Məncə, indi əsas problem təşkilati xarakter daşıyır. Avropa həm Aİ, həm də NATO daxilində “hərbi Şengen” üzərində kifayət qədər ciddi işləyir və müəyyən irəliləyiş var.

Burada başa düşmək lazımdır ki, Avropa qüvvələrinin inteqrasiyası üçün “hərbi Şengen” lazımdır. ABŞ Avropa bürokratik maneələrindən daha az təsirlənir, çünki müxtəlif ölkələrdə yerləşən Amerika qüvvələrinin statusu ikitərəfli razılaşmalarla tənzimlənir. Eyni zamanda, digər məsələlərdə ABŞ-dan asılılıq yüksək olaraq qalır.

- Biz hansısa regional ittifaqların yaranmasını gözləməliyikmi?

- Avropa NATO-su tədricən yaranacaq. Kadr yerləri dəyişdiriləcək, hazırda Amerika texnologiyasına arxalanan müəyyən qüvvələr Avropaya keçəcək...

Yeri gəlmişkən, NATO-nun növbəti sammiti çox maraqlı olmalıdır. Keçən il gözlənilən olmadı. Düşünürəm ki, ABŞ indi lider mövqeyində deyil, dünyada qlobal vəzifələri olmayan, ayrı-ayrı regionlarda, məsələn, Sakit okeanda öz maraqları olan regional ölkə kimi çıxış edəcək. Bir müddət sonra, iyunda keçiriləcək sammitdən əvvəl görəcəklər ki, bəlkə də onlara çox yaxşı qulaq asılmır, istədikləri yerinə yetirilmir. Onlar isə NATO sammitinə fərqli əhval-ruhiyyə ilə gələcəklər. Üstəlik, onlar hətta dünyanın digər bölgələrindəki problemləri həll etmək üçün Avropa resurslarından da istəyə bilərlər.

- Deməli, İlon Maskın NATO-nun “əsaslı yenidən qurulması” zərurəti ilə bağlı səs-küylü bəyanatları özünü doğrultmayacaq?

- Mask və onun açıqlamalarından danışarkən, gəlin əvvəlcə görək ki, Aİ F-35 alışlarını kəsərsə və öz aviasiyasını maliyyələşdirərsə, ABŞ buna necə reaksiya verəcək?

Ümumiyyətlə, mən ABŞ-ın Aİ-ni müdafiə etməkdən tamamilə imtinasına inanmıram. Bu, Tramp və Maskın dediyi kimi olmayacaq. Bir tərəfdən avropalılar ABŞ-ın istədiyi kimi hərbi büdcələrini artıracaqlar. Digər tərəfdən, bu büdcələr “ABŞ-ı qorumaq” ümidi olmadan Avropa təhlükəsizlik sisteminin inkişafına yönəldiləcək. Avropa təhlükəsizlik məsələlərini çox uzun müddət həll etməməsindən və ABŞ-a həddən artıq güvənməsindən dərs almalıdır.

- Bəs ABŞ-ın eyni zamanda, Rusiya ilə münasibətləri düzəltməsi proseslərə necə təsir edəcək?

- Biz başa düşməliyik ki, Tramp yenidən Rusiya Federasiyasına pəncərə açıb. O göstərdi ki, Rusiya Çinlə qarşıdurmada ABŞ-ın tərəfində dayansa, ruslara kimisə - bəlkə də Ukraynanı “udmaq” ümidi vermək olar. Amma düşünürəm ki, bu, tez keçəcək. ABŞ sadəcə olaraq nə etdiyini anlamır. Onlar bunu bir az başa düşəndə Rusiya ilə bağlı qiymətləndirmələrin çoxunun səhv olduğunu görəcəklər.

- Rusiya ABŞ-dan dəstəksiz qalma riski ilə üzləşən avropalılar üçün nə dərəcədə təhlükəlidir?

- Rusiya iqtisadi və texnoloji cəhətdən zəif olsa da, risklər var. Bəli, onun kifayət qədər köhnə silahları var və hələ də irimiqyaslı hibrid əməliyyatlar aparmaq üçün kifayət qədər pulu var. Lakin onun əsas üstünlüyü ondan ibarətdir ki, Aİ-dən fərqli olaraq, böyük insan itkiləri Rusiya Federasiyası üçün problem deyil.

Bütövlükdə, Rusiya öz əhalisini məhv etmək üçün unikal bir istək nümayiş etdirir. Yeri gəlmişkən, zaman-zaman bunu uğurla həyata keçirir - müharibədə olmasa, repressiya yolu ilə. İndi Ukrayna cəbhəsində ruslar hər kilometr irəliləməyə görə yüzlərlə insan itirirlər.

Ukrayna tammiqyaslı işğalın ilk aylarında Rusiyanın hücumuna necə tab gətirililə biləcəyini göstərdi. Bizim köməyimizlə avropalılar Rusiya təhlükəsinə qarşı lazım olan bütün cavabları verə bilərlər. Rusiya Federasiyasından hər hansı bir hücumu dəf etmək üçün - həm hibrid, həm də hərbi - çox şey tələb olunmur - siyasi iradə və yüksək keyfiyyətli təşkilat. Bunu avropalılara öyrədə bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru