
ABŞ prezidenti Donald Tramp Kubaya qarşı embarqonun müddətini uzadıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı ABŞ prezidentinin müvafiq bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Mən qərara gəldim ki, Kubaya qarşı bu tədbirlərin bir il müddətinə uzadılması ABŞ-ın milli maraqlarına cavab verir".