
“Artıq sözün bitdiyi yerdəyik. Hazırlıqlarımızı gördük. Hərəkətə keçmək planlarımızı tamamladıq, təlimatlarımızı verdik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq və Suriya qaçqınlarının torpaqlarına geri qaytarılması mövzusunda ABŞ-la razılığa gəlinmədiyi üçün ən yaxın zamanda Türkiyənin hərəkətə keçə biləcəyini vurğulayıb: “ABŞ-la quruda, havada əməkdaşlığn hekayə olduğunu gördük. Siz PKK/YPG-ni terror təşkilatı olaraq tanıyırsınız-tanımırsınız, bunu açıqlayın. Bütün tədarükü görmüşük. Hərəkətə keçməyimiz bəlkə bu gün, bəlkə sabah deyilə biləcək qədər yaxındır. Fəratın şərqinə həm havadan, həm qurudan hərəkata başlayacağıq”.