
ABŞ paytaxtının meri Müriel Bouzer afroamerikalı Corc Floydun Minneapolisdə (Minnesota ştatı) ölümü ilə bağlı yaranan iğtişaşlarla əlaqədar olaraq yerli vaxtla mayın 31-i saat 23:00-dan iyunun 1-i saat 06:00-a qədər komendant saatı tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə şəhər başçısı öz "Twitter" səhifəsində yazıb.
M.Bouzer, həmçinin ABŞ Milli Qvardiyasının qoşunlarının yerli polisə dəstək verəcəyini bildirib:
"Mer Brozer 31 may, bazar günü, saat 23:00-dan 1 iyun, bazar ertəsi, saat 6:00-a qədər Kolumbiyanın [paytaxt] dairəsində komendant saatı tətbiq edir".