
BMT-nin 950-dən çox əməkdaşında yeni növ koronavirusun aşkarlandığı bildirilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat verib.
O qeyd edib ki, sözügedən virusa yoluxan əməkdaşların ümumi sayı 953 nəfərdir.
Xatırladaq ki, mart ayının ortalarından etibarən BMT-nin qərargah binasında katiblik işçilərinin iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əlaqədar qurumlarında bütün iclaslar videokonfrans formatında keçirilir.
Hazırkı iş formatının ən azı iyunun sonuna qədər davam edəcəyi bildirilir.