
ABŞ Venesuela hakimiyyətinə qarşı sanksiyaları genişləndirərək, siyahıya bu ölkənin üç vətəndaşının, səkkiz şirkətinin və iki neft tankerinin adlarını əlavə edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin xəbərində deyilir.
Eyni zamanda siyahıdan iki tanker və iki şirkətin adları çıxarılıb.
ABŞ 2019-cu ilin yanvarından Nikolas Maduronu ölkə prezidenti kimi tanımır. Birləşmiş Ştatlar Venesuela müxalifətinin özünü prezident elan etmiş lideri Xuan Quaydonu müvəqqəti dövlət başçısı hesab edir.