
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 8,5 milyonu ötüb.
APA-nın “Worldometers”ə istinadən verdiyi məlumata görə, dünyada indiyədək 8 milyon 583 min 928 nəfər koronavirusa yoluxub.
Xəstəliyə yoluxanlardan 456 432 nəfər vəfat edib, 4 milyon 532 min 598 nəfər isə sağalıb.