
Dünyada koronavirusa yoluxma halların sayı sutkada 16,8 mindən çox artaraq 9,68 milyonu keçib. Ölənlərin sayı 5 min nəfər artaraq 488 mini keçib.
Trend-in məlumatına görə, ötən sutka ərzində 168 977 nəfər yeni koronavirusa yoluxub, 5 003 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 689 795, ölənlərin isə 488 962 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 604 134 yoluxma və 230 165 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 600 590, ölənlərin sayı isə 194 972 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 969 656 yoluxma və 22 003 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.