
ABŞ-ın koronavirus əleyhinə vaksini son kliniki sınaqları keçə və artıq növbəti ayda hazır ola bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz plan üzrə gedirik, cari ilin sonuna kimi vaksinin alınmasına gəlincə, vaksin 1 noyabra qədər hazır ola bilər. Düşünürük ki, hətta onu oktyabr ərzində əldə edə biləcəyik", - ABŞ lideri deyib.
O, ABŞ vaksininin əsas istehsalçıları arasında üç şirkəti seçib. Bunlar “Pfizer”, “Johnson & Johnson” və “Moderna” şirkətləridir. Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl də koronavirus vaksininin ilin sonuna kimi hazır olacağını deyib.