
ABŞ prezidenti Donald Tramp Kubaya qarşı qüvvədə olan ticarət məhdudiyyətləri daha bir il müddətinə uzadıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Trampın bu barədə müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilib.
Bildirilir ki, ticarət məhdudiyyətləri 2021-ci il 14 sentyabr tarixinədək qüvvədə olacaq.