
ABŞ-ın Nyu-York ştatında Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Endyu Kuomo mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, yeni ştamma yoluxma halı Saratoqa dairəsində aşkarlanıb: "Yeni ştamma yoluxan şəxs yaxın zamanda heç bir səyahət etməyib, bu isə o deməkdir ki, virusun bu vaiantı cəmiyyətimizdə mövcuddur".
Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.