Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                 

Aleksey Navalnı skandalı: Putinin başağrısı, yoxsa “maşası”? - TƏHLİL
Tarix: 19-01-2021, 08:32 | Çap et
Aleksey Navalnı skandalı: Putinin başağrısı, yoxsa “maşası”?
Dünən Almaniyadan Moskvaya gələn Rusiya müxalifətinin əsas liderlərindən sayılan Aleksey Navalnı paytaxtın hava limanında saxlanılıb. O, Şeremetyevo Hava Limanında, Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə nəzarətə götürülüb. Siyasətçinin 2020-ci ilin 29 dekabrından axtarışda olduğu bildirilib.

Navalnının saxlanılmasından sonra Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel, xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borel və Avropa Parlamentinin sədri David Sassoli müvafiq bəyanatlar yayıb və müxalif liderin həbsinin Aİ Şurası tərəfindən xarici işlər nazirləri səviyyəsində 25 yanvarda və Avropa Parlamentinin 18 yanvarda baş tutacaq iclasında müzakirə ediləcəyini bildiriblər.

Şarl Mişel bildirib ki, Navalnının Moskvaya gəldikdən sonra tutulması qəbuledilməzdir və müxalifət lideri dərhal azad edilməlidir. İttifaqın xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel isə, Rusiya hökumətinin Aleksey Navalnının hüquqlarına hörmət etməli və onu dərhal sərbəst buraxmalı olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Navalnının saxlanılmasına qarşı edilən etirazlara münasibət bildirib. Belə ki, Nazirliyin sözçüsü Mariya Zaxarova sözügedən açıqlamaları əvvəlcədən hazırlanmış şərhlər olaraq dəyərləndirib: “Beynəlxalq hüquqa hörmət edin. Suveren dövlətlərin milli qanunlarını pozmayın, öz ölkənizdəki problemlərlə məşğul olun”.

Maraqlıdır, Navalnının həbsi ətrafında nələr baş verir? Qərb Rusiyaya qarşı təzyiqləri artırmaq üçün bu məsələdən istifadə etməyə çalışacaqmı? Həmçinin, Rusiya müxalifətinin liderinə Qərbin birmənalı dəstəyi Rusiya daxilində hansı proseslərə səbəb olacaq?

Prosesləri AYNA-ya şərh edən “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, hələ bir müddət əvvəl Aleksey Navalnının zəhərlənməsi və Almaniyada müalicə edilməsi Rusiya Prezidenti Vladimir Putinin imicinə mənfi təsir göstərmişdi: “Məhz buna görə də Qərb dairələri Putinin müxalif düşərgəyə qarşı cinayətə yol verdiyini və buna görə də Rusiyaya sanksiyalar tətbiq edəcəklərini bildirirdilər. Bu mənada, son baş verənləri Qərblə Rusiya arasında uçuruma gətirib çıxaran prosesin davamı kimi qiymətləndirmək olar. Aleksey Navalnının Rusiyaya qayıtması və hava limanında həbs edilməsi, Qərb dairələrinin, xüsusən də Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının narahatlığına ona görə səbəb olur ki, onlar Rusiyada demokratik mühitin yaradılmasını məhz Navalnının timsalında görürlər”.

“Çünki, son 20 ildə demək olar ki, Rusiyada yeni müxalifət lideri yetişməyib və Rusiya cəmiyyəti konkret olaraq demokratik proseslərdən uzaq düşüb. Yalnız Mixail Xodorkovski və bu kimi bəzi şəxslər müəyyən siyasi olimplərdə Putinə qarşı müxalif mövqedə dayansalar da, onların da zərərsizləşdirilməsi çətin olmayıb. Ki, bu da xalq arasında geniş etirazların yaranmasına gətirib çıxarıb. Lakin Boris Nemtsovdan sonra Navalnının son 3-4 illik fəaliyyətinə fikir versək, bir çox şəhərlərdə böyük arealda onu dəstəkləyən əhali və xüsusən də gənclərin olduğunu görərik. Həmçinin, onu uzaq Sibirdə belə, Putin hakimiyyətinə qarşı etiraz kütləsi formalaşdırmağı bacaran lider kimi xarakterizə etmək olar”, - politoloq bildirib.

“Xüsusən də korrupsiyaya qarşı mübarizə üsulları və bu istiqamətdə yeni sənədlərin ortaya çıxması, həmçinin siyasi etirazları idarə etmək bacarağı Navalnının müasir Rusiyanın lideri olacağı labdüdlüyünü ortaya çıxarıb. Təbii ki, bu da anti-demokratik Rusiya hakimiyyətini ciddi narahat edir. Düşünürəm ki, Navalnı ətrafında baş verənlər və onun aradan götürülməsi cəhdi də buna görə idi. Çünki Rusiya hərbi-siyasi elitası onun bu siyasəti ilə barışa bilmir. Lakin Rusiya Putindən ibarət deyil və 200 ildir ki, Rusiyanı hərbi-siyasi, xüsusən də hərbi elita idarə edir. Navalnı isə bu sistemdən kənar və demokratik düşərgəni təmsil edən şəxs kimi Qərbin ciddi dəstəyini əldə edib. Rusiya əhalisi, xüsusən də gənclərin böyük bir hissəsi Navalnı ətarfında birləşməyə hazırdır. Təbii ki, Qərb də bunu görür və dəyərləndirməyə çalışır”, - Əsədullazadə vurğulayıb.

Analtik hesab edir ki, Qərb Navalnını Rusiyanın potensial demokratik və liberal lideri kimi dəstəkləyir və etimad edir deyə, bu da Putini ciddi narahat edir: “Buna baxmayaraq, Putin onu həbs etdirməklə, Qərbdən gələn sanksiyalara da hazırdır. Çünki Navalnının ətrafına kütlə toplaması Putini daha çox qorxudur, nəinki Qərbdən gələn sanksiyalar. Çünki Rusiya hakimiyyəti sanksiyalara çoxdan öyrəşib. Amma buna baxmayaraq, ölkədə sosial-iqtsadi vəziyyət də ağırlaşmaqda davam edir. Bununla yanaşı, Co Bayden hakimiyyətində insan hüquqları daha qabarıq şəkildə özünü biruzə verəcək, Rusiya siyasi eltitasına bu kimi qanunlar tətbiq olunacaq və Avropa İttifaqı də bu proseslərə töhfə verəcək. Xüsusi ilə də, ABŞ-ı narahat edən “Şimal axını-2” layihəsinin dondurulması həyata keçirilə bilər”.

“Bir sözlə, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və Navalnı ətrafında baş verənlər bu sanksiyaları daha da genişləndirəcək. Bu da Rusiya siyasi elitasının hakimiyyət olimpində ciddi böhrana gətirib çıxara bilər. Bununla da Rusiyada siyasi proseslər daha aktiv mərhələyə daxil olacaq və problemlərin artmasına gətirib çıxaracaq. Həmçinin, bu sanksiyaların fonunda oliqarxların da Putinə qarşı birləşməsi istisna deyil. Ona görə də bu il Rusiya siyasi atmosferində mübarizənin daha da kəskinləşəcəyini ehtimal etmək olar”, - müsahibimiz qeyd edib.

Bununla yanaşı, Əsədullazadə hesab edir ki, Navalnının aradan götürülməsi baş verməyəcək: “Amma bunun ətrafında təqiblər və həbslərin baş verməsi Rusiyada siyasi canlanmaya və demokratik proseslərin başlanmasına səbə olacaq. Ki, bu da Putini narahat edir. Çünki Putin də yaxşı başa düşür ki, Navalnı post-Putin dövrünə hazırlaşır və hakimiyyətə gəlməklə, Rusiyada demokratikləşmə prosesinin başında dayanmaq istəyir. Lakin Rusiya siyasi və hərbi elitası Navalnının hakimiyyətə gəlməsinə imkan verməyəcək”.

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində deyib ki, Qərb bu məsələdən istifadə edərək, onsuz da sanksiyalar altında boğulan Rusiyaya təzyiqləri bir az da artırmağa çalışacaq: “Məlumdur ki, bir çox dövlətlərdə bu cür daxili proseslərə rast gəlinir. Məsələn, bir neçə gün bundan əvvəl ABŞ-da da belə bir hadisə baş verdi və nədənsə Avorpa və digər ölkələr bu hadisəyə yüngül formada reaksiya verdi. Halbuki, ABŞ demokratiyanın carçısı sayılır. Hətta, Konqersin sədri bu hadisədə bilavasitə Rusiyanı ittiham etdi və bir neçə dəfə Putinin adını çəkərək, bu məsələdə onun əli olduğunu bildirdi. Təbii ki, bu ittihamların nə qədər əsaslı və əsassız olduğu məlum deyil, amma məsələ bundan ibarətdir ki, axı, Amerika Birləşmiş Ştatları özü başqa ölkələrin daxili işlərinə müdaxilə edir. Çünki dünya siyasətində riyakarlıq normaları o qədər irəli gedib ki, lazım gələndə də bu kimi ölkələr bundan istfadə edir ki, qarşı tərəfə də istədiklərini təlqin etsinlər”.

“Bu məsələdə isə Qərb institutlarının Rusiyaya qarşı açıq-aşkar qərəzli yanaşmasını görürük. Ümumiyyətlə, Navalnı məsələsinin özündə də sual və şübhə doğuran qaranlıq məqamlar var. Məsələn, əgər Rusiya hakimiyyəti Navalnını aradan götürmək istəsəydi, edə bilməzdimi? Yaxud, istəsəydi, ölkədən çıxışına qadağa qoymazdımı? Amma icazə verdi ki, gedib xaricdə müalicə alsın və ekspert rəyindən keçsin. Lakin Navalnı elə bir fiqura çevrilib ki, sanki özü də bir çox qütblərə oynayır və bu, açıq-aşkar hiss edilir. Bir sözlə, Navalnı məsələsini zor gücü ilə beynəxalq vəziyyətə sırıyıblar”, - siyasi şərhçi bildirib.

Abbasovun fikrincə, Navalnının heç bir qeyri-adi göstəricisi və xüsusiyyəti yoxdur ki, belə bir mühüm persona olsun və ona artmaqda olan qlobal diqqət göstərilsin: “Çünki Navalnı özünü daha çox şübhəli məqamlarla tanıtdırıb. Hətta, Rusiyadakı real müxalifətçilər deyirdilər ki, Navalnı elə Kremlin özünə bağlıdır və Putinin adamıdır. Belə adamlar isə həmişə şəxsi piarlarını gücləndirməyə və birdən-birə məhşurlaşmağa çalışırlar. Rusiyadakı real müxaliflətin ona etinasız yanaşması da buna görədir”.

Politoloq düşünür ki, Qərbin Navalınya dəstək göstərməsi və məsələni şişirtməsi Rusiya daxilində müəyyən proseslərlə yadda qala bilər: “Çünki Qərb Rusiyanı sıxışdırmaq üçün hər vəziyyətdən istifadə edir. Təbii ki, Rusiya da demokratik dəyərlərə sadiq mükəmməl bir dövlət deyil, amma Qərbin də qərəzi açıq-aydın sezilir. Elə “Şimal axını-2” layihəsində Rusiyanın başına açılmayan oyun qalmadı. Çünki, məhz Amerika öz qazını Avropaya göndərmək istəyir. Bu da o deməkdir ki, sanksiyalar təkcə siyasi amillərə görə yox, həm də iqtisadi amillərə görədir. Hətta, buna görə Avorpada belə, ABŞ-a qarşı etirazlar var. Çünki məhz ABŞ-ın sanksiyaları İranla, Venesuella ilə, Kuba və digər ölkələrlə alış-veriş etməyə imkan vermir. Yəni, Amerika öz problemlərini həll edir, amma avropalı müttəfiqləri üçün problemlər yaradır. Onlar da itkilərə məruz qalırlar. Ona görə də sanksiya siyasətinin görünməyən tərəfi həm də iqtisadi maraqlardır ki, bazarda bəzi ölkələr daha əlverişli şərait əldə etsinlər və əsas rəqiblərini oyundan kənar vəziyyətə salsınlar. Bunun üçün də bu cür siyasi amillərdən də istifadə etməyə çalışırlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Dünən, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Dünən, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
22-02-2025, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
22-02-2025, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
22-02-2025, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
22-02-2025, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
22-02-2025, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru