
ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimindən 4 saat əvvəl tərk edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Evdə bildirilib.
Qeyd edilir ki, Donald Tramp və birinci xanım Melanya Tramp yerli vaxtla səhər saat 8-də Floridaya yola düşəcəklər, halbuki inauqurasiya günortaya nəzərdə tutulub.
Tramp daha əvvəl bildirib ki, mərasimdə iştirak etməyə hazırlaşmır.