
Yanvarın 28-də Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasimi “Azerspace-1” peyki vasitəsilə yayımlanıb.
Bu barədə "Report"a "Azərkosmos" ASC-dən bildirilib.
Məlumata görə, Bişkek şəhərində keçirilən andiçmə mərasimi Qırğızıstanın İctimai televiziyası “KTRK” kanalı üzərindən Mərkəzi Asiya regionunda canlı olaraq nümayiş olunub.
“KTRK” kanalı artıq 2015-ci ildən bəri “Azerspace-1” peykinin resurslarından istifadə edir.
Qırğızıstanın İctimai Televiziya korporasiyasına 6 televiziya və 5 radio kanalları daxildir.