
Dünyada son sutka ərzində 510 365 nəfər koronavirusa yoluxub, 10 173 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 130 422 190 yoluxma hadisəsi, 2 842 135 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Şimali və Cənubi Amerikanın (177 098) payına düşür. Digər yerləri isə Avropa (169 858) ilə Cənub-Şərqi Asiya (103 810) bölüşür.