"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                 

Lavrovun Türkiyəni hədəf alan açıqlaması - erməni damarı yoxsa...
Tarix: 14-04-2021, 08:53 | Çap et
Lavrovun Türkiyəni hədəf alan açıqlaması
Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən erməni xislətini ortaya qoyub. Bu dəfə Lavrov Türkiyəni hədəfə alıb. Ermənipərəst nazir mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib ki, Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır. “Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq. Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”.

Rusiya XİN başçısı ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə keçidini də pisləyib. O “Vaşinqtonun Ukraynada hansı məqsədlər güddüyünü bilmirəm”, - deyə açıqlama verib. Aydındır ki, Türkiyənin Kiyevə siyasi və hərbi dəstəyindən Moskva narazıdır. Amma nədənsə bu narazılığı ermənipərəst Lavrov dilə gətirdi.

Xatırladaq ki, Rusiyanı qıcıqlandıran əsas məsələ Ukrayna prezidenti Zelenskinin Türkiyəyə səfəri olub. Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ukraynanın şərqindəki vəziyyətə toxunan Ərdoğan bildirib ki, bu barədə Zelenski ilə fikir mübadiləsi aparıb və inanır ki, böhranı siyasi yolla aradan qaldırmaq olar. Türkiyə prezidenti vurğulayıb ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində gərginliyi azaltmaq vacibdir. Ukrayna və Türkiyənin müdafiə sahəsində əməkdaşlığını isə Ərdoğan “vacib element” adlandıraraq, onun hansısa üçüncü dövlətin əleyhinə yönəlmədiyini vurğulayıb.

Görüşü təhlil etsək görərik ki, Ərdoğan münaqişənin hərb yox, sülh yolu ilə həllinə üstünlük verdiyini deyib. Belə isə Lavrov hansı qızışdırıcılıqdan danışır? Rusiya-Türkiyə arasındakı gərginliyin səbəblərindən biri də ABŞ gəmilərinin Qara dənizə girməsidir. Azərbaycan tərəfini düşündürən suallardan biri də budur ki, iki tərəfdaş ölkə arasında münasibətlərin gərginləşməsi Dağlıq Qarabağdakı vəziyyətə necə təsir edəcək? Münasibətlər korlansa, Rusiyanın Qarabağ, Suriya və Liviyada Ankara ilə əməkdaşlığı riskə girə bilərmi?

Mövcud durumu qiymətləndirən politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya rəsmiləri başlarını itirib, ünvanı da səhv salıblar: “Ərdoğanı bu cür mesajlarla qorxutmaq olmaz. Nəinki Türkiyə, bütün normal dövlətlər, o cümlədən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın ərazisi hesab edir. Türkiyə müstəqil dövlətdir, Ukrayna ilə əlaqələri intensivləşdirir, Ukraynaya silah satır, Krımın ilhaqını tanımır. Ancaq o da faktdır ki, Ərdoğan Zelenski ilə görüşündə Rusiya əleyhinə heç bir fikir səsləndirmədi və Rusiyanın adını belə çəkmədi. Etik qaydalara əməl etdi. Ancaq görünür, Türkiyənin Ukraynaya verəcəyi dəstək Rusiyanı bu şəkildə qıcıqlandırıb. Gəlib başqa ölkənin torpağını işğal edib, digər bir ölkəyə qarşı isə ittihamlar səsləndirir. Bu, Türkiyəni qorxutmaq məqsədi daşıyır. Ardınca Rusiyanın əl atdığı yollara baxın, öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb, pandemiya baxımından təhlükəli yer olduğunu bildirib. Bir qədər sonra Türkiyə pomidorunun idxalına da qadağa qoya bilərlər. Pomidor qadağasını Azərbaycana qarşı da istifadə edirdi, ancaq o mərhələ artıq geridə qaldı. İndi Rusiyadan kimsə qorxmur, çəkinmir. Rusiya özünü düşünsün ki, bu cür siyasətlə özündə mərkəzdənqaçma meylləri güclənə bilər”.

Politoloq vurğuladı ki, Ukrayna ilə savaş Rusiyanın özünə də baha başa gələ bilər: “Getdikcə digər dövlətlərdən Ukraynaya dəstək artır, Krımı Ukrayna ərazisi kimi tanıyırlar. Rusiya artıq kimisə təkləyə bilməz, Türkiyə ətrafında türkdilli dövlətlərin ciddi bir bloku yaranır. Azərbaycan da Rusiyanın siyasətindən narazıdır. Prezident İlham Əliyev də aprelin 13-də beynəlxalq ekspertlərlə keçirdiyi görüşdə bildirdi ki, «İsgəndər» raketləri ilə bağlı Putinlə danışıb, lakin o, heç bir aydınlıq gətirməyib. Rusiya artıq heç kimi qorxuda bilməz. Doğrudur, bir çox ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Lakin Rusiya müxtəlif ölkələrdə separatçılara dəstək verəndə, torpaqları ilhaq edəndə anlamalıdır ki, heç kim onun yanında dayanmayacaq”.

Ukrayna məsələsində Rusiya ilə Türkiyə arasında yaranan gərginliyin, bu iki ölkənin Suriyada, Liviyada, Qarabağdakı əməkdaşlığına zərbə vura biləcəyi ehtimalına toxunan politoloq vurğuladı ki, onsuz da Rusiya Qarabağda Azərbaycana kifayət qədər problem yaradıb: “Rusiya Suriyada İdlib şəhəri ətrafında Türkiyəyə müəyyən problemlər yaratmaq istəyə bilər. Hesab edirəm ki, bir müddət sonra Rusiyada Zelenskinin Türkiyəyə səfərini unudacaqlar və başa düşəcəklər ki, Türkiyə ilə əməkdaşlıq Rusiya üçün vacibdir. Rusiya ilə əməkdaşlıq da Türkiyə üçün vacibdir. Rusiyanın beynəlxalq aləmdə elə çox dostu yoxdur. Türkiyə isə rəsmi Moskva üçün strateji tərəfdaşdır ”.

ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiyanın Türkiyədən narazılığına münasibət bildirən E.Şahinoğlu dedi ki, bu məsələdə Türkiyə qınana bilməz: “Qara dənizə giriş qaydalarla tənzimlənir, onlardan Türkiyə də kənara çıxa bilməz. Türkiyə boğazların qapısını bağlaya bilməz. ABŞ gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiya Türkiyəni qınaya bilməz. Ərdoğan Zelenski ilə görüşdə də açıq dedi ki, müharibənin əleyhinədir. Belə olan halda, Rusiya Ərdoğandan nə istəyir ?”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru