
Dünyada son sutka ərzində 808 563 nəfər koronavirusa yoluxub, 12 870 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 151 803 822 yoluxma hadisəsi, 3 186 538 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 48 faizi Cənub-Şərqi Asiyanın (408 382) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (208 359) ilə Avropa (129 182) bölüşür.