Kremlin daha bir sülhməramlı problemi: - 30 ildir münaqişə olan bölgənin taleyi masada
Tarix: 2-08-2021, 17:35 | Çap et
“Rusiya imkan verə bilməz ki, NATO Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını blokadaya alsın.
Belə cəhd olarsa Rusiya ordusu Dnestryanı bölgəni mühasirədən çıxarmaq üçün hərəkətə keçəcək və Müdafiə Nazirliyinin bununla bağlı hazır planı var”. Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri, general-polkovnik Viktor Bondarev Moldovanın qərbyönümlü hakimiyyətinin NATO-nun köməyi ilə Dnestryanı bölgədəki rus qoşunlarını blokadaya almaq planları barədə danışarkən belə deyib. General qeyd edib ki, məhz Rusiya sülhməramlılarının iştirakı bütün bu illər ərzində regionda sabitliyi və təhlükəsizliyi təmin edib.
“Bütün bu müddət ərzində NATO üzvü kimi Rumıniya özünün aqressiv planlarını heç gizlətməyə də çalışmayıb. Prosesin daha bir iştirakçısı Ukraynadır. 2014-cü ildən bəri Kiyevdə Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını blokadaya almaq imkanları fəal şəkildə müzakirə olunur”,-Viktor Bondarev bildirib.
Senator bəyan edib ki, Moldovanın yeni seçilmiş qərbyönümlü Prezidenti Maya Sandu belə planları publik şəkildə səsləndirib. Xüsusən də Sandu ilə bağlı olan siyasi qüvvənin parlament seçkilərində qalib gəlməsindən sonra bu niyyətlər nəzərə daha çox çarpır.
“İndi Şimali Atlantika alyansı üçün bu imkan prinsipial olaraq yeni rənglərdə meydana çıxıb, onların Rusiyaya həm siyasi, həm hərbi planda kifayət qədər ağrılı zərbə endirmək üçün real şansı var”,-Bondarev qeyd edib.
General hesab edir ki, NATO-nun dəstəyi olmadan nə Rumıniya, nə Ukrayna Dnestryanı bölgədəki Rusiya ordusunu blokadaya almağa risk edər. Alyans isə vəziyyəti kəskinləşdirməklə həqiqətən belə variant işləyib hazırlayır.
Bondarevin sözlərinə görə, alyansın bu strategiyası Rusiya üçün sirr deyil və üstəlik Müdafiə Nazirliyi onun başçılıq etdiyi komitə ilə birlikdə cavab tədbirlərini artıq hazırlayıb. Qeyd edək ki, general Bondaryevin açıqlaması təcrübi baxımdan real görünmür. Çünki Rusiyanın Moldova ilə birbaşa sərhədi yoxdur.
Moldovaya müdaxilə etmək üçün Rusiya qoşunları Odessa vilayətini işğal edərək Ukrayna ərazisindən keçməlidir. Bu isə Rusiya ilə NATO arasında müharibə deməkdir. Üstəlik, Rusiyanın belə bir addım atması Putin hakimiyyətinə qarşı ağır beynəlxalq sanksiyalara gətirib çıxara bilər. Moldova Prezidenti Maya Sandu isə Moskvanın bütün təzyiqlərinə rəğmən Rusiya sülhməramlı qüvvələrinin Dnestryanı bölgədən çıxarılmasını özünün əsas fəaliyyət prinsipi elan edib. O, Avropa Birliyi və ABŞ ilə prioritet əlaqələri inkişaf etdirərək, Rusiya Federasiyasına münasibətdə strateji məhdudiyyət xəttini qorumağı bacarıb. Lakin Moldova Prezidenti 1992-ci ildə sülhməramlı missiya adı altında Dnestryanı münaqişə bölgəsinə yerləşdirilmiş Rusiya qoşunlarının ölkədən çıxarılması və hərbi kontingentin mülki missiya ilə əvəz edilməsi ilə bağlı Qərbin açıq dəstəyini hələ əldə edə bilməyib.
“Münaqişəsiz bölgə” prinsipi Maya Sandunun xarici siyasətin əsas prioritetlərindən birini təşkil edir. Dövlət başçısı hesab edir ki, Dnestr çayının sol sahilində 30 ildir davam edən dondurulmuş münaqişənin həllini tapmamasına səbəb həmin ərazidə 500 nəfərlik Rusiya sülhməramlı qüvvələrinin yerləşməsidir. Moskvanın separatizmi dəstəkləməsi regionda Rusiyanın təsirini saxlamağa xidmət edir. Bu problem Moldovanın Avropa Birliyinə və NATO-ya inteqrasiyasının qarşısını almağa hesablanıb. Yəni Moldovanın ərazisində münaqişə olması bu ölkənin NATO sıralarına daxil olmasına əngəl törədir. Rusiya üçün adıçəkilən münaqişə ərazisi həm coğrafi mövqeyinə, həm də strateji əhəmiyyətinə görə NATO-nun şərqə doğru genişlənməsinə mane olan platsdarm rolunu oynayır.
Ona görə də Prezident Sandu Rusiyadan sülhməramlı kontingentini Dnestryanı bölgədən çıxartmağı tələb edir. Kreml xanım Sandunun “münaqişəsiz bölgə” təşəbbüsünü Rusiyanın geosiyasi və milli təhlükəsizlik maraqlarına zidd hesab edir. Ona görə də Rusiya sülhməramlıları Dnestryanı bölgədən çıxartmaq cəhdinin münaqişəyə gətirib çıxaracağı ilə hədələyir. Maya Sanduya öz məqsədinə çatmaq üçün hakimiyyətin və Qərbin, ilk növbədə ABŞ-ın dəstəyi lazımdır.
İyulun 21-də keçirilmiş parlament seçkilərində Maya Sandunun liderlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası 52,8 faiz səslə qalib gəlib. Rusiyanın dəstəklədiyi və eks-prezident İqor Dodonun rəhbəri olduğu Sosialistlər Partiyası isə səslərin cəmi 27,17 faizini qazana bilib. Bu isə Fəaliyyət və Həmrəylik Partiyasına hökuməti təkbaşına formalaşdırmaq imkanı verir. Beləliklə, Prezident Sandu hakimiyyətin qanunverici və icraedici qolları üzərində nəzarəti tam təmin edib. Parlamentdə səs çoxluğu xanım Sanduya Rusiya qoşunlarının ölkədən çıxarılması barədə qərarın qəbuluna şərait yaradır. Ona görə də parlament yeni tərkibdə fəaliyyətə başladıqdan sonra Moldovanın Dnestryanı bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan 1992-ci il 22 iyul tarixli sazişdən birtərəfli qaydada çıxması barədə qərar qəbul edə bilər. Moldovada hesab edirlər ki, Rusiyanın “sülhməramlı” missiyası olmadan da Dnestryanı bölgədəki rus icması ilə anlaşa bilərlər.
Tərəflər arasında əvvəlki illərdə müəyyən qarşılıqlı kompromislər də əldə edilib. Moldova hakimiyyəti Dnestryanı ərazidə yaşayan əhalinin diplomlarının və avtomobillərin seriya nömrələrinin tanınması haqqında qərar qəbul edib. Vəziyyət 1990-cı illərdə olduğu kimi gərgin deyil. Çünki bölgədəki Moldovanın Avropa Birliyinə inteqrasiyası rusdilli əhalinin maddi-sosial imkanlarının yaxşılaşması baxımından yeni imkanlar açır. Hətta bölgədəki separatçı rejimin rəhbəri Vadim Krasnaselski xalqın seçdiyi Moldova hakimiyyəti ilə işləməyə hazır olduğunu deyib. Ancaq Rusiyanın Kişinyovla razılaşaraq hərbçilərini geri çağıracağı real görünmür.
Moldova Prezidenti bunu bildiyindən, Rusiyaya təzyiq məqsədilə məsələni müzakirəyə çıxartmağa çalışır. Daha doğrusu, Maya Sandu ABŞ-ın və Avropa Birliyinin Rusiyaya təzyiqlərinə ümid bağlayır. Prezident Sandu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Batumidə keçirdiyi görüşdə də məhz Rusiya sülhməramlıları problemini müzakirə edərək bu məsələnin həllində dəstək istəyib. Ağ Evin rəhbərliyi ilə bu barədə danışmaq görünür, Prezident Sandu üçün hələ tezdir. Bu barədə rəsmi Vaşinqtonun mövqeyini ABŞ-ın Moldovadakı səfiri Derek Hoqan açıqlayıb. O, Moldovanı Rusiya ilə əlaqələri praqmatik şəkildə dəstəkləməyə çağırıb. Ekspertlərin fikrincə, Dnestryanı bölgədə münaqişənin mövcud olması ABŞ üçün əlverişli deyil. Lakin ABŞ, eləcə də Avropa Birlyi məsələ ilə bağlı yekun mövqeyini bildirmək üçün ilk növbədə Rusiya Prezidentinin qərarını gözləyir.
Prezident Sandunun avqust ayının birinci yarısında hökuməti formalaşdırdıqdan sonra həmkarı Vladimir Putinlə görüşəcəyi gözlənilir. Görüşdə əsas müzakirə mövzusu Rusiya sülhməramlılarının bölgədəki gələcək fəaliyyəti və ya Moldovadan çıxarılması olacaq. Səfir Hoqanın açıqlaması da Rusiyaya ünvanlanmış mesaj hesab edilir. Analitiklər hesab edir ki, Sandu-Putin görüşündən sonra Moskva indi müəyyən şərtlərlə Dnestryanı bölgənin Moldova ilə birləşməsini imkan yaradacaq. Dnestryanı uğrunda döyüşmək Rusiya üçün əlverişsizdir və xoşagəlməz nəticələr doğura bilər. Dnestryanı bölgəni Moldova ilə birləşdirməklə Moskva bu muxtariyyətin təmsil olunacağı parlament vasitəsilə Kişinyovun siyasətinə təsir etmək imkanı əldə edəcək. Moldova Prezidenti isə Rusiya ilə münasibətləri qonşu dövlət kimi sahmana salmağa çalışır.
Kişinyovdakı “Politicum” Strateji Araşdırmalar və Siyasi Konsaltinq Mərkəzinin rəhbəri Anatol Tsaranu bildirib ki, Vaşinqton Moldovaya görə Rusiya ilə münasibətlərində problemin yaranmasını istəmir. “Moldova hakimiyyəti Avropaya inteqrasiya siyasəti apararkən Rusiya Federasiyası ilə münasibətləri tənzimləməlidir. Ancaq Kişinyov bunu ABŞ və Rusiya Federasiyası arasındakı münasibətlərə təsir göstərməmək üçün yersiz səs -küy yaratmadan etməlidir. ABŞ Moldovadakı problemə görə Rusiya ilə qarşı-qarşıya gəlmək istəmir. Bu, Dnestryanı bölgəyə də aiddir. Vaşinqton Moskva ilə ümumi dil taparsa, Dnestryanı problemi dərhal həll olunacaq. Dondurulmuş olsa da, status -kvonun saxlanılması aparıcı oyunçular üçün faydalıdır. Rusiya Dnestryanı bölgəni Moldovaya qaytarmağa razılıq verə bilər, amma başa düşülməsi vacib olan budur: bu, hansı şərtlərlə ediləcək? Rusiya Federasiyası uzun müddətdir Dnestryanı vasitəsilə Moldova siyasətinə təsir edə biləcək belə bir birlik əldə etmək istəyirdi. Ancaq Dnestryanı bölgənin taleyini Moskva və Vaşinqtonun həll edəcəyi artıq aydındır”-Tsaranu belə deyib.
Müşfiq Abdulla Cebhe. info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
|