![Paşinyan hakim partiyanın deputatları ilə məxfi və təcili toplantı keçirib Paşinyan hakim partiyanın deputatları ilə məxfi və təcili toplantı keçirib](/uploads/posts/2021-08/thumbs/1628830835_777.jpeg)
Dünən gecə saat 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təcili olaraq ölkə parlamentinə gəldiyi bildirilir.
Ovqat.com-un məlumatına görə, o, hakim partiyanın (“Mülki Müqavilə” partiyası) deputatları ilə toplantı keçirib.
Toplantı məxfi gündəliklə keçirildiyindən konkret hansı məsələlərin müzakirə olunduğu bilinmir. Lakin o bəllidir ki, ölkənin hüquq mühafizə orqanları toplantından informasiya sızıntısının qarşısını almaq üçün müxalif və bitərəf deputatları parlament binasından dərhal çıxarıblar.