SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                     Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... .....                     ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib .....                     “Baydenin dövründə Azərbaycan 4 il itirdi” .....                     Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? .....                     Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb .....                     London Kiyevə yeni hərbi yardım paketi ayırır .....                     “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı .....                     "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" .....                     Tramp-Putin razılaşması Bakıdan necə görünür .....                 

Kreml özünə “ikinci Ermənistan” yaratdı: NATO və Rusiya arasında döyüş meydanı - TƏHLİL
Tarix: 13-09-2021, 18:19 | Çap et
Kreml özünə “ikinci Ermənistan” yaratdı: NATO və Rusiya arasında döyüş meydanı
Belarus Rusiyadan ümumi dəyəri 1 milyard dollardan artıq olan silah-sursat almağı planlaşdırır.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib. O, həmçinin, Rusiyadan “S-400” zenith-raket komplekslərinin alınması məsələsinin müzakirə olunduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, hazırda “S-300” sistemləri ölkənin Qərb istiqamətini tam olaraq qoruyur. Lakin artıq cənub istiqamətindən də təhdidlər meydana çıxıb. “Bizi cənubdan qızışdırmağa başlayırlar. Başqa nə olacaq? Hazırlaşmalıyıq, Ukrayna ilə sərhəd 1200 kilometrdir. Ona görə də bu perimetri də bağlamalı olacağıq. Sadəcə “S-400”-ün bizim üçün uyğun olacağından danışırdıq. Müdafiə nazirinə bu kompleksləri bizə çatdırmaq üçün həmin məsələləri bizimlə birlikdə həll etməyi tapşırdı”-dedi.

Lukaşenko ölkəyə onlarla təyyarə, vertolyot, hava hücumundan müdafiə sistemi və ehtimal ki, “S-400”-lərin gətiriləcəyini bildirib. Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-mayor İqor Qolub ölkəyə “C-400” və “Pantsir-S” zenit raket komplekslərinin yerləşdirilməsi ilə bağlı saziş üzərində iş aparıldığını deyib. Belarus həmçinin, 2021-ci ildə “Protivnik-G" və “Vostok” radarlarının yenisini qəbul etməyi planlaşdırır. Bundan başqa, “SU-30 SM” qırıcılarının ikinci hissəsinin, eləcə də “Mi-35” çoxfunksiyalı helikopterlərin tədarükünə dair müqavilələr bağlanıb. Aleksandr Lukaşenkonun Ukrayna ilə sərhəddə ağır silahlar yerləşdirilməsi ilə bağlı açıqlaması təbii ki, Belarusun hər hansı müharibəyə və hücumdan müdafiəyə hazırlıq məqsədi daşımır. Belarus Prezidentinin Rusiya ilə razılaşması daha çox siyasi məzmun daşıyır. Bu mesajlar isə həm Qərbə, həm də Ukraynaya ünvanlanıb.

Lukaşenko Ukrayna ilə sərhədi bağlamaqla rəsmi Kiyevin Belarusa “məxməri inqilab” ixracının qarşısını almağa çalışır. Bu, həm də Belarus müxalifətinə dəstək verən Zelenski administrasiyasına qarşı siyasi və iqtisadi təzyiq məqsədi ilə edilir. Lukaşenko rejimi Kiyevi Svetlana Tixanovskayanın liderlik etdiyi müxalifət qüvvələrinə siyasi dəstəyini dayandırmasa, Ukraynanın təhlükəsizliyinə problem yaradacağı ilə təhdid edir. Tərəflər arasında birgə təhlükəsizlik sisteminin yaradılmasına dair razılaşma əslində, Ukraynaya və Qərbə Rusiyadan gələn təhlükəni artırır. Ukrayna ilə sərhəddə yerləşdiriləcək “S-400”, “Pansir-S” sistemləri və müasir hərbi aviasiya Rusiya generallarının tabeliyində olacaq. Rusiya 2015-ci ildən bəri Belarus ərazisində hərbi hava bazası yerləşdirməyə çalışsa da, Lukaşenkonun ölkənin müstəqilliyini qoruyub saxlamaq cəhdi buna mane olurdu.

Hətta buna görə 2018-ci ildə Rusiya müxtəlif bəhanələrlə Belarusa sanksiyalar tətbiq etmişdi. Lakin 2019-cu ildə keçirilmiş prezident seçkilərindən sonra Qərbin Lukaşenko rejiminə tətbiq etdiyi sanksiyalar Belarus Prezidentinin Rusiya qarşısında manevr imkanlarını tükətdi. Lukaşenkonun Vahid İttifaq Dövlətinə daxil olmağa, o cümlədən Rusiya ilə birgə hərbi sistem yaratmağa razılaşması daha çox onun Putinə təslim olması kimi qiymətləndirilə bilər.

Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin Rusiya ilə birgə vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında qərar Belarus üzərində Moskvanın hərbi üstünlüyünü qaçılmaz edəcək. Bu isə Ukraynanın ətrafında Rusiyanın hərbi əhatə həlqəsinin genişlənməsi deməkdir. Vaxtilə Belarusun Rusiya və NATO arasında döyüş meydanına çevrilməyəcəyini deyən Lukaşenko indi hakimiyyətini qoruyub saxlamaq üçün Moskvanın təklifini seçməli olub. Bu da perspektivdə Ukraynanın təhlükəsizliyinə ciddi problem yarada bilər. Belarusun sərhədləri bağlaması nəticəsində Ukraynanın Rusiyanın işğalı altında olan 400 kilometrlik hissəsinə 1200 kilometrlik zona da əlavə oluna bilər. Yəni Rusiya Ukrayna-Belarus sərhədini şimaldan, əks tərəfdən nəzarətə götürmək imkanı əldə edər. Bu da perspektivdə Donbas probleminin Ukraynanın xeyrinə həllini çətinləşdirəcək.

Qərbin sanksiyaları qarşısında valyuta defisiti problemi yaşayan Belarusun aldığı silahların pulunu ödəmək imkanları çox məhduddur. Rusiya Ermənistanda olduğu kimi Belarusu da silahların dəyəri müqabilində müxtəlif siyasi və iqtisadi güzəştlərə vadar etməyə çalışacaq. 2014-cü ildə Ukraynada baş vermiş müharibədən sonra Rusiya ilə NATO arasında neytral zonaya çevrilmiş Belarus artıq Kremlin təsir dairəsinə keçir. Bundan istifadə edən Rusiya Şəqri Avropadakı NATO və ABŞ hərbi bazalarına qarşı Belarus ərazisində bufer zona formalaşdırmaq planını reallaşdırmaq imkanı əldə edib. Rusiyanın planına Babruyskda hərbi bazasının yaradılması, həm Polşada, həm də Litvadakı NATO və ABŞ bazalarına qarşı yaxın, ortamənzilli raketlərin yerləşdirilməsi daxildir.

Lukaşenkonun “Biz və Rusiya Federasiyası, NATO qoşunları tərəfindən birbaşa həmsərhəd olduğumuz qərb istiqamətini çox ciddi qəbul edirik”deməsi də məhz Belarus Prezidentinin Qərbin təzyiqlərindən müdafiə olunmaq üçün Moskvanın hərbi dəstəyinə ümid etdiyini göstərir. Yəni Lukaşenko Qərbə sanksiyaları və müxalifətə dəstəyi dayandırmasa, Rusiyanın vasitəsilə regiondakı maraqlarına ciddi problem yaradacağına dair mesaj verir. Bu təhdidlər Rusiyanın Ukraynaya qarşı daha geniş müdaxilə imkanının verilməsindən, Avropanın təhlükəsizlik sisteminin təhlükə altına düşməsindən ibarətdir. Ancaq ABŞ, NATO və Avropa Birliyi çox güman ki, Lukaşenkonun bu addımını cavabsız qoymayacaq və Rusiya-Belarus İttifaq Dövlətinə qarşı alternativ addımlar gözlənilir. Bu addımlar müxalifətə dəstəyin artırılması və Belarusda hakimiyyət dəyişikliyinə cəhd göstərilməsi, Lukaşenko rejiminə qarşı sanksiyaların gücləndirilməsi, Ukraynanın NATO-ya bərbərhüquqlu tərəfdaş statusunun verilməsi ilə ABŞ hərbi bazalarının bu ölkədə yerləşdirilməsi şəklində ola bilər.

Cebhe.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru