"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                 

“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq" - HƏQİQƏTƏN DƏ...
Tarix: 17-09-2021, 10:24 | Çap et
“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq"
Son günlər İranın nüvə proqramı ilə bağlı vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Bu ölkənin yaxın tezlikdə nüvə silahına sahib ola biləcəyi haqda İsrail və ABŞ-da həyəcan təbili çalınır.

İsrailin müdafiə naziri Benni Qantz qeyd edir ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. İsrailin baş naziri Naftali Bennet isə İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda, diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. ABŞ-ın “The New York Times” nəşri isə yazır: “Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək, nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var...”

Rəsmi Tehran isə, öz növbəsində, nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.

Belə hesab edilir ki, İran nüvə silahını hazırlamaqda davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər. ABŞ prezidenti Co Bayden də bundan əvvəl bildirib ki, İranla bağlı diplomatik yanaşma işə yaramazsa, ABŞ digər tədbirlərə də əl ata bilər.

Bundan narahat olan əsas tərəflərdən biri isə Ermənistandır. Çünki Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır. Bu ticarətin 80 faizi Ermənistana quru yolla çatdırılır. Regionda gərginlik yaranacağı təqdirdə bu yüklər ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq. Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Rusiyalı politoloq Aleksey Martınov qeyd edir ki, İran olmasa, Ermənistan “Türk dövlətlərinin əhatəsində olan yarı dövlət olacaq, varlığı şübhə altında olacaq”.

Ermənistanın İranın quyruğundan niyə möhkəm yapışdığının səbəbi əvvəldən də bəlli idi. İndi isə Ermənistan İran ətrafında ilk bomba partladığı vaxt onun da sonu yaxınlaşacaq, ac-yalavac, işıqsız, qazsız qalacaq. İrana görə Qərbə, xüsusilə Ağ Evdəki ağalarına qarşı çıxa bilməyəcəklər.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran ətrafında vəziyyət yenə də gərginləşir. İsrail kəşfiyyatı yəqin hansısa səhih məlumatlar əldə edib ki, İran nüvə silahı yaratmaq hazırlığındadır: “Belə görünür ki, İsrail kəşfiyyatı İranda güclü mövqelərə malikdir. Belə olmasaydı, son illər İranda tanınmış alimlər ard-arda qətlə yetirilməzdi. İsrail kəşfiyyatı oradan ciddi məlumatlar ala bilir. İndi, hər halda, səhih məlumata malikdirlər ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də İsrail artıq həyəcan təbili çalır. Amma ünvan kimi ABŞ-ı seçiblər. Lakin mən Co Baydenin prezident olduğu dövrdə ABŞ-ın İsrailə çox da böyük kömək edəcəyini düşünmürəm. Birincisi, Bayden Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olub və İranla nüvə anlaşmasını dəstəkləyən siyasətçilərdən biri kimi tanınıb. Baydenin indi də İranla müharibədə maraqlı olduğunu zənn etmirəm. Digər tərəfdən, ABŞ yenicə Əfqanıstandan çıxıb, özü də biabırcasına, nəticəsiz çıxıb. İraqda da ”əlləri yandı". Belə bir vəziyyətdə ABŞ-ın başqa bir müharibəyə qoşulacağını zənn etmirəm. Ona görər də İsrail başının çarəsini özü qılmalıdır. İsrail bilir ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də istisna etmirəm ki, İsrail İrana hansısa zərbələr endirə bilər. Amma bunun nəticəsi yaxşı olmayacaq. Çünki İranın özünün İsrailə gücü çatmasa, “Həmas” və “Hizbullah” vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu da regionda vəziyyəti xeyli gərginləşdirəcək".

İrana zərbələr endiriləcəyi halda, bunun Ermənistana təsirlərinin necə olacağına gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, şübhəsiz, İranın zərbə altında qalması, zəifləməsi Ermənistan iqtisadiyyatını çox ağır vəziyyətlə üz-üzə qoyacaq: “İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz Ermənistanı ciddi vuracaq. Ermənistan elə bir situasiya ilə üz-üzə qalacaq ki, İranı dəstəkləyə də bilməyəcək. Ermənistan hakimiyyətinin başı həm də Qərbin bıçağının altındadır. Bu amil İrəvanı İranı müdafiə etməkdən çəkindirəcək.

Ancaq onu da bilmək lazımdır ki, İsrail və ya başqa bir güclü dövlət İrana zərbələr endirəndə onun “qəlpələri” Azərbaycana da gəlib müxtəlif formalarda çatacaq.

Ona görə də biz nüvə məsələsinin həllini istəyirik, amma İranla dünya güclərinin müharibəyə başlamasında, İrana zərbələr endirilməsində maraqlı olmamalıyıq. Biz İrandakı bəzi qüvvələrdən fərqli olaraq qonşumuzun dağılmasını istəmirik. Biz istəyirik ki, İran Qarabağ məsələsində ədalətli olsun və Azərbaycanın həssaslığını nəzərə alsın. İranın öz siyasətini korrektə etməsini istəyirik".

İqtisadçı alim Fikrət Yusifov isə bildirdi ki, İran artıq uzun illərdir nüvə ölkəsi olmaq istiqamətində iş görür. Hətta uranın zənginləşdirilməsi üzrə işləri dayandırması barədə öhdəlik götürdüyü dönəmlərdə hazırlıqları gizli edirdi. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra isə məlum müqavilə pozuldu: “Bundan sonra İran özünün atom silahını hazırlamaq istiqamətində işlərini sürətləndirdi. Təbii ki, bunu qətiyyətlə demək çətindir, amma hiss olunan budur ki, İran bu silahın hazırlanması istiqamətində nəticəyə yaxındır. İsrail kəşfiyyatının bundan məlumatsız olmaması mümkün deyil. Böyük ehtimalla, İsrail hakimiyyətinin narahatlıqlarını artıq məlum formada dilə gətirməsi bununla bağlıdır. Ona görə də artıq İsrailin baş naziri və müdafiə naziri İranla diplomatik deyil, başqa mübarizə üsulundan danışırlar. Bunlar sadə siqnallar deyil. Faktiki olaraq güc tətbiq etmək nəzərdə tutulur. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə məsələnin güc tətbiq etmə, zərbə endirmə fazasına keçəcəyi ehtimalı yüksəkdir. İrana zərbə endiriləcəyi halda, İran iqtisadiyyatı da ciddi təsirlənəcək. İqtisadiyyatının böyük hissəsi İrandan asılı olan Ermənistan isə bu zərbənin altından çıxa bilməyəcək. İrana hərbi müdaxilə Ermənistanın iqtisadi baxımdan sarsılmasına gətirib çıxaracaq. Bu ölkənin iqtisadi durumu onsuz da acınacaqlıdır. İran nəfəsliyinin kəsilməsi və ya daralması Ermənistanın dövlət kimi ayaqda qalmasını çətinləşdirəcək.

İrana zərbə bütün qonşu ölkələrə problem yaradacaq. Bölgədə böyük humanitar fəlakət yaşanacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru